“Maraqlı söhbətlər”də Mark Tvenin qəzəbi Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Amerika yazıçısı Mark Tven Fransaya səyahət edərkən qatarla Dijon şəhərinə gedirmiş. Qatar şəhərdən gecə vaxtı keçdiyi üçün Tven bələdçidən şəhərə çatarkən onu yuxudan oyatmağı xahiş edir. Eyni zamanda bələdçiyə israrla tapşırır:

-Mən çox bərk yatıram. Siz məni oyadanda,ola bilsin kiqışqırdım. Ona görə buna əhəmiyyət verməyin və məni hökmən Dijon şəhərində düşürdün.

Bələdçi isə Dijon şəhərində Tveni düşürmək əvəzinə,səhvən başqasını düşürür.

Mark Tven oyananda artıq səhər idi və qatar Parisə yaxınlaşırdı. Yazıçı Dijondan keçdiyini anlayır və çox əsəbiləşir. Tələsik bələdçinin yanına gedir və onu danlamağa başlayır.

-Mən heç vaxt indiki qədər əsəbi olmamışam - deyə yazıçı qəzəblə bələdçiyə qışqırır.

Bələdçi sakitcə deyir:

-Siz heç də gecə Dijonda qatardan güclə düşürdüyüm amerikalı qədər əsəbi deyilsiniz və onun qədər bərk qışqırmırsınız.

 

“Ədəbiyyat və incəsənət”

 

(08.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.