“Gülüş klubu”nda lətifə saatı Featured

Sərtyel,

“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubu üzrə növbətçisi

 

“Gülüş klubu”nun devizi dəyişməz olaraq qalır: “Hərdən güldürürük, hərdən də düşündürürük”.

Bu gün menyuda iki elan və bir ləzgi lətifəsi vardır.

 

LƏTİFƏ SAATI

 

***

Kişi arvadına:

-Əzizim, bu saatdan etibarən mən içkinin daşını atıram.

Arvadı:

-Amanın günüdür bunu etmə. Onda mənə kim “gözəlim” deyər?

 

***

Sevgililərin dialoqu:

-Əzizizm, sən məni alandan sonra mən sənin bütün problemlərini, həyəcan və qayğılarını bölüşəcəyəm.

-Canım, axı mənim nə problemim var, nə həyəcanım, nə də və qayğım.

-Dedim axı, sən məni alandan sonra.

 

***

Erməni lətifəsi

Ərlə arvad - Araiklə Nune xeyli mübahisə etdikdən sonra Araik:

-Nune, hə, yaxşı, sən düzsən, mən səhvəm. Mən eşşəyəm. Özgə məndən nə eşitmək istəyirsən?

Nune:

-İa elə!

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.