Üç gün qısa təmsil zamanı Featured

Coşqun Xəliloğlu, AYB üzvü.

“Ədəbiyyat və incəsənət”

 

11.SƏLƏNİN DAYISI

Yabanı nəhayət ki,

Dırmığ saldı, tələyə:

-O, dayılıq eyləyir

Balıqvuran Sələyə.

 

12.GÜNAHKAR

Eşşək hər dəfə

Lilə batırdı,

Guya günahkar

O yox, Qatırdı.

 

13.EŞŞƏK MƏRİFƏTİ

-Mərifətdən sayılır, -

Belə söylədi Eşşək:

-Anqırmaq və ağnamaq,

Heç kəs eyləməsin şəkk.

 

14.İT ÖMRÜ

Kimə quyruq bulayıb

Kimisinə hürürdü,

İt it kimi yaşayıb,

İt ömrünü sürürdü.

 

15.KÖPƏK VƏ KƏPƏK

Nə vaxt idi ki,

Hürmürdü Köpək,

Çünki yeməyə

Tapırdı kəpək.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.