Gülüş klubunda meymunla eşşəklərin əhvalatı Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu lətifədirmi, alleqorik hekayədirmi, bilən yoxdur. Amma çox ibrətamizdir. Xüsusən günümüzdə hər kəsə şəbədə qoşan, quyruq bağlayan insanlara aiddir, oxuyub ibrət götürsünlər.

 

İki eşşək söhbət edə-edə gedirmişlər. Bu zaman görürlər ki, ağacın başında bir dişi meymun oturub. Biri o birinə deyir:

-Gəl bu meymunu ələ salaq.

-Yaxşı. Necə edək?

-Gəl soruşaq, görək ki, ərə gedib ya-yox. Əgər desə ərə getmişəm, deyərik kül səni alanın başına! Özün bu gündəsən, gör indi səni alan bədbəxt nə gündədir.

-Əgər birdən yox desə?

-Əgər yox desə,onda deyərik ki,kül sənin başıva! Ay bədbəxt,bir güzgüyə bax,gör nə gündəsən. Bu eybəcərlikdə səni kim alacaq.

-Yaxşı.

Eləcə də onlar meymun oturan ağacın altına yaxınlaşaraqmeymunu səsləyirlər:

-Ay meymun, ay meymun! Bir de görək, sən ərə getmisən, ya-yox?

Meymun acıqlı halda aşağı baxaraq deyir:

-Əşi, kimə ərə gedəsən e... Ətrafıma baxıram hamısı eşşəkdi!...

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.