Sərtyel,
“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubu bələdçisi
Gör nə zamanlara gəlib çatdıq. Dodağı, sinəni böyütmək, burun kəsmək – bunlara dözmək olar. Amma arxa hissəni dağ boyda böyüdən xanımlar gündəmi zəbt etdikcə azərbaycanlı qadını adına xələl gətirmirmi, gətirir.
Bu yaxınlarda kar qalmış qulağım iki qadının söhbətini eşitdi. Onlardan biri bu şəkildəkilər sayağı öz arxasını neçə metr böyüdənlərdən idi. Digəri onun arxasına işarə edib soruşdu:
-Ağəz, Rəxşəndə, bunu niyə bir belə böyütmüsən? Yoldaşın nə deyir bəs?
-Yoldaşım iri sevəndi, elə o özü aparıb əməliyyat elətdirdi.
Mən o kişini təsəvvürümə gətirmək istəyirəm. Arvadını aparıb əməliyyat elətdirib arxasını metr yarım böyütdürür. Sonra da onunla küçəyə çıxır. Hər kəs də bu mənzərəni seyr edir...
Bu qədər dəhşətli!
“Ədəbiyyat və incəsənət”
(03.07.2026)


