Artur Konan Doyl və taksi Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bir gün məşhur ingilis detektiv yazıçısı Artur Konan Doyl Parisə gəir. Qatar stansiyasında bir taksi sürücüsü qətiyyətli bir tərzdə yaxınlaşaraq sakitcə onun çamadanını götürüb baqaj yerinə qoyur. Yalnız sükan arxasına keçəndən sonra ondan soruşur:

- Sizi hara aparım, müsyö Kanon Doyl?

- Siz məni tanıyırsınız?

- Birinci dəfə görürəm- deyə sürücü cavab verir.

- Bəs haradan bildiniz ki, mən kiməm?

- Sizin təsvir etdiyiniz deduktiv metodla - deyə sürücü fəxrlə deyir. İlk öncə qəzetlərdən oxumuşdum ki, məşhur detektiv yazıçı Artur Konan Doyl artıq 2 həftədən çoxdur ki, Fransanın Rivera şəhərində istirahət edir. İkincisi gördüm ki, siz Marseldən gələn qatardan düşdüz. Sonra müşahidə etdim ki, siz günəşdən qaralmısınız. Bu ancaq Aralıq dənizi sahilində 10 gün dincələn adamda ola bilər. Bundan əlavə sizin sag əlinizin orta barmagında ləkəsi getməyən mürəkkəbin ləkəsi var. Bundan bir qənaətə gəldim ki, siz yazıçısınız. Sizin hərəkətlərinizdən görünür ki, siz həkimsiniz, amma geyiminizdə Londonlulara məxsus üst geyiminiz var. Beləliklə, bütün bunları müşahidə etdikdən sonra öz-özümə qərara gəldim ki, siz məşhur xəfiyyəçi Şerlok Holmsu yaradan Konan Doylsuz.

Bunu eşidən yazıçı şoka düşür:

- Əgər siz belə xırda detallardan belə nəticə çıxarmagı bacarırsınızsa, elə siz Şerlok Holmssunuz - deyə yazıçı həyacanlı şəkildə deyir.

- Hə bu belədir, - birdən sürücü duruxur. Sonra günahkar halda deyir:

- Mən başqa bir xırda detalı da müşahidə etdim.

- Nəyi?

- Sizin çamadanıza yapışdırılan etiketi. Orada böyük hərflərlə sizin adınız və soyadınız yazılmışdı...

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.