Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Lütfəli Abdullayevi rayonların birində bir kolxoza konsert verməyə dəvət edirlər. Aktyor çıxır səhnəyə. Bir səhnəcik göstərir, görür ki, camaat gülmür. Başqa bir səhnəcik göstərir, görür ki, camaat yenə də gülmür. Rəhmətlik ha özünü öldürüb, gülməli bütün səhnəcikləri göstərsə də, görür yox ey, gülən yoxdu.
Bundan hirslənən aktyor, səhnədən düşüb gəlir düz qabaqda əyləşən kolxoz sədrinin yanına. Acıqla soruşur:
- Bu nədi belə? Mən gülüş ustasıyam... Mən bütün Azərbaycanı güldürə bilirəm, amma sizin camaatı yox...
Kolxoz sədri ədəb-ərkanla ayağa durub deyir:
- Yoldaş Abdullayev, gülməyi camaata mən özüm qadağan eləmişəm. Şəxsən özüm. Siz böyük adamsınız, sizə kim gülə bilər? Başqa yerdə deyə bilmərəm, amma mənim kolxozumda sizə gülən adamın ağzını cıraram.
“Ədəbiyyat və incəsənət”
(06.05.2026)


