Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Molla Nəsrəddinin dilindən:
"Dayım rəhmətə gedib. Hələ yasın şoku canımızdan çıxmamış, getmişik qəbiristanlığa yer danışmağa. Elə bil torpaq yox, Bakının mərkəzində obyekt alırıq...”
Və davam edir:
“Deyirlər:Tək torpaq 8.000 manat.
Bir anlıq fikirləşdim ki, yəqin içində kombi sistemi, isti döşəmə də var. Amma yox, bildiyimiz torpaq.
Mollaya tərəf dönüb deyirəm:
-Əmi, uzununa yox e, bəlkə düzünə basdıraq? Bir az qənaət edək.
Molla qaşlarını çatıb deyir:
-Bala, dinimizə görə olmaz.
Deyirəm:
-Yaxşı, onda bəlkə yandıraq? Heç olmasa yer dərdi olmasın.
Deyir:
-Balama qurban, o da olmaz. Hindus zadıq bəyəm, meyitimizi yandıraq?
Qalmışıq belə… Torpaq bahadı, alternativ yoxdu, din icazə vermir, bazar qiyməti uçub. Dayı da qalıb ortalıqda".
“Ədəbiyyat və incəsənət”
(23.04.2026)


