İmran Verdiyev, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Yaqublu Oğuz rayonunun kəndlərindən biridir. Hər yerdə olduğu kimi burda da zaman-zaman müxtəlif hadisə və əhvalatlar baş vermişdir. Həmin hadisə və əhvalatlarla bağlı kənd sakinlərinin söylədikləri onların cəsarətindən, hazırcavablığından və zəkasından xəbər verir. Hadisə və əhvalatlarla bağlı söz söyləyənlər öz şəxsi ləyaqətlərini qorumağa çalışan, məğrur və bütov adamlardır.
Hadisə və əhvalatlarla bağlı söylənilənlərin əsas pafosu nöqsan və eybəcərliklərə gülmək, onların tənqidi və ifşasıdır. Burada deyilmiş sözlər yaramazlıqlara və nöqsanlara atılmış “söz daşlarıdır”. Bu əhvalatları eşitdikcə, oxuduqca nöqsan və eybəcərliklərlə barışmaz olan insanları görürük. Görürük ki, onlarda həyatın işıqlı tərəfinə ehtiraslı məftunluq hissi var.
70-80 il bundan əvvəl baş vermiş bu hadisə və əhvalatlarla bağlı söylənilənlər artıq bədii təfəkkürün süzgəcindən keçmiş, zəka ilə nurlandırılmış ümümxalq dili zəminində formalaşan idiomlara, ibarə və aforizmlərə, atalar sözü və məsəllərə, lətifələrə çevrilməkdədir.
Həmin hadisə və əhvalatlardan bir neçə nümunə təqdim edirik.
QOY, ÖZ ÇAQQALLARIMIZ YESİN
Kəndintəəssübkeş adamlarındanidi İzzətkişi. Günlərinbirində əlindənbirxəta çıxır... İnəyin öləcəyini görüb onu kəsir. Əti maşına yükləyib ət kombinatına üz tutur. Lakin kombinat əti qəbul etmir. Kor-peşiman evə qayıdırlar. Yolda sürücü ətin xarab olduğunu söyləyərək deyir:
-İzzət dayı, gəl əti bu dərələrdən birinə ataq, qurd-quş yesin. Hara, nəyə aparırıq, ey?
Burda da təəssübkeşliyindən qalmayan İzzət kişi deyir:
-Yox, ey gədə. Sür, aparaq öz dərəmizə ataq, qoy öz çaqqallarımız yesin!
Qeyd: bunlar real - olmuş hadisələrdir. Əhvalatlarda adları çəkilən şəxslər isə çoxdan haqqın rəhmətinə qovuşmuşlar.
“Ədəbiyyat və incəsənət”
(18.09.2025)