İmran Verdiyev, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Yaqublu Oğuz rayonunun kəndlərindən biridir. Hər yerdə olduğu kimi burda da zaman-zaman müxtəlif hadisə və əhvalatlar baş vermişdir. Həmin hadisə və əhvalatlarla bağlı kənd sakinlərinin söylədikləri onların cəsarətindən, hazırcavablığından və zəkasından xəbər verir. Hadisə və əhvalatlarla bağlı söz söyləyənlər öz şəxsi ləyaqətlərini qorumağa çalışan, məğrur və bütov adamlardır.
Hadisə və əhvalatlarla bağlı söylənilənlərin əsas pafosu nöqsan və eybəcərliklərə gülmək, onların tənqidi və ifşasıdır. Burada deyilmiş sözlər yaramazlıqlara və nöqsanlara atılmış “söz daşlarıdır”. Bu əhvalatları eşitdikcə, oxuduqca nöqsan və eybəcərliklərlə barışmaz olan insanları görürük. Görürük ki, onlarda həyatın işıqlı tərəfinə ehtiraslı məftunluq hissi var.
70-80 il bundan əvvəl baş vermiş bu hadisə və əhvalatlarla bağlı söylənilənlər artıq bədii təfəkkürün süzgəcindən keçmiş, zəka ilə nurlandırılmış ümümxalq dili zəminində formalaşan idiomlara, ibarə və aforizmlərə, atalar sözü və məsəllərə, lətifələrə çevrilməkdədir.
Həmin hadisə və əhvalatlardan bir neçə nümunə təqdim edirik.
KONES FİLM
QabaqcılmexanizatorXudukişikəndklubundanümayiş etdirilənheç birfilmi ötürməzmiş. Biraragecələrişə cəlbolunduğunagörə kino-filmlərə tamaşaedə bilmir.
Ammasəhərevə qayıdankimibacısı Şəkəriyanlayıb, bütünfilminməzmununusöylətdirərmiş. ŞəkərfilminməzmununudanışdıqcaXudutez-tez “Hə, sonranə oldu?-deyə sualedərmiş. Nəhayət, Şəkərbütünfilminağıledibqurtarır. Xuduadəti üzrə “Hə, sonranə oldu?- deyə soruşur.
Şəkərbezibdeyir:
-Ə, tanə olacaq? Axırda kones film yazıldı da.
KİM SEVMƏZ Kİ ?
Kolxoz sədrinin tapşırığı ilə Sapıca düzündə işləyən biçinçilərin yeməsi üçün iki-üç yeşik faraş pomidor alınmışdı. Davud kişi yeşikləri kəl arabasına yükləyib Sarıcaya yola düşür.
Yolda piyada gedən bir nəfəri də arabaya götürür. Həmin adam arabaya minər-minməz yeşiklərdən birini qabağına çəkib faraş pomidorlardan yeməyə başlayır. Ara-bir də deyir:
-Davud, mən pomidoru çox sevirəm.
Davud kişi əvvəlcə dinmir. Lakin yeşiklərdən birinin yarıya çatdığını görüb qeyzlənir:
-Ədə, bir dayan görək, rəhmətliyin oğlu! Qızmar Sarıca düzü ola, ac biçinçilər ola, faraş pomidor ola! Onu kim sevməz ki?!
“Ədəbiyyat və incəsənət”
(17.09.2025)