"Vətən müharibəsi iştirakçısı" sözləri ilə manipulyasiya etmək olmaz -REPLİKA Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Neçə gündür ki, az qala hamı müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsi barədə danışır. Razılaşın ki, şəhidlər, qazilər, odun-alovun içində gedən amansız çarpışma ilə bu nazlı-qəmzəli müğənni bir antonim təşkil edir deyə mövzu məzxərə obyektinə çevrilib.

 

Məsələnin ciddiləşdiyini görən Müdafiə Nazirliyi belə bir açıqlama yayaraq atdığı addıma don geydirməyə çalışıb.

Deməzsənmiş, “N.Rəhimova 44 günlük müharibə zamanı Müdafiə Nazirliyinin H.Aslanov adına Ordu İdeoloji Mərkəzinin mahnı və rəqs ansamblında çalışıb.

Həmin vaxt ansambl cəbhə bölgəsinə, yəni döyüşlərin getdiyi ərazilərə rəsmi olaraq ezam edilib. Kollektiv şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə dəstək olmaq üçün çıxışlar edib ki, bu da mənəvi-psixoloji təminatın bir növüdür.

Vətən müharibəsi bitəndən sonra isə digər müharibə iştirakçıları kimi, N.Rəhimova da kollektivin digər üzvləri ilə birlikdə müharibə dövründəki fəaliyyətini əks etdirən müvafiq sənədlərini aidiyyəti quruma təqdim edib və Nazirlər Kabinetinin 216 nömrəli qərarına əsasən, onlara veteranlıq verilməsi ilə bağlı sərəncam imzalanıb.

 

Verdikləri şərh lap odun üstünə benzin salıb.

Ehey, cənab generallar, Vətən müharibəsi adı müqəddəs addır. Minlərlə şəhidimizin qani tökülüb orada. Bu adla bu cür ucuz tryuklar etmək, manipulyasiya eləmək əsla yolverilməzdir.

Nigar Rəhimova mahnı oxuyub, orduya ruh veribsə, əvəzində ona avtomobil hədiyyə edin, villa hədiyyə edin. "Vətən müharibəsi iştirakçısı" isə hədiyyəlik deyil!

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.