Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Hələ də anlaşılmır ki, niyə koronavirus dövründə sarımsaq və zəncəfillə birlikdə (bunlar əlbəttə ki, virus əleyhinə faydalıdırlar) qarabaşağın və tualet kağızının defisiti və hədsiz bahalaşması yaşandı?
Bir də, niyə transfer bazarında futbolçuların qiyməti düşdü?
2.
Əskitəpə kəndində gecə sauna yandı. Hadisə yerində ən birinci yerli kənd nümayəndəsi və sahə müvəkkili gözə dəydi.
3.
Dərdayılın xatirələrindən: “Mənim tərbiyəm üçün valideyinlərim çoxlu vaxt, əsəb və kəmər işlədiblər”.
4.
Saat 10.00-da hamiləlik testi müsbət nəticə göstərir, saat 10.30-da artıq ərlə arvad uşağın hansı universitetdə oxuyacağı barədə qırğına çıxırlar.
5.
Deputat S. müəllimin nitqindən:
-Vallah Dostluq əladır ey, kim ki onun qədrini bilmir, demək zay adamdır. Dünən xalaoğluyla iki şüşə gillətdik.
@sərtyel
“Ədəbiyyat və incəsənət”
(29.04.2025)