“Ədəbiyyat və incəsənət”in Açıq portfelində növbəti statistika: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin birinci rübündə 77 min 687 işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, onlardan 12 min 820 nəfəri “Əmək və məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən münasib vakansiyalar üzrə işlə təmin edilib. Bildirilib ki, 1245 nəfər isə kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.
Həmçinin yanvar-mart aylarında 2 min 190 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib, 61 min 432 şəxsə isə peşəyönümü xidmətlərin göstərildiyi də qeyd olunub.
“Ədəbiyyat və incəsənət”
(12.04.2023)