MİLLİ QƏHRƏMANLARIMIZ - Şahin Tağıyev

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın Milli Qəhrəmanı,  Birinci Qarabağ müharibəsi iştirakçısı Şahin Tağıyevın bu gün doğum günüdür. Quru Qoşunları mənsubu, Polkovnik-leytenant Şahin Tağıyevin 76 yaşı tamam olur.

 

O, 3 fevral 1949-cu il Tərtər rayonunda doğulub. Bakı şəhərinin Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə getmiş və beşinci sinfə qədər burada təhsil alıb. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirib. Daha sonra Energetika texnikumuna daxil olub. 1969-cu ildə texnikumu bitirib və təyinatla Udmurt vilayətinə göndərilib. 1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. 

 

Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə döyüşlərdə iştirak etməyə başlamış, Tərtər, Seysulan, Yarımca, Levonarx bölgələrindəki döyüşlərdə iştirak etmişdir. "Qurtuluş" batalyonunda vuruşan Şahin bir müddət sonra bu batalyonun komandiri təyin edilmişdir.

1993-cü ilin martında döyüşlərin birində ağır yaralanıb, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik–leytenant rütbəsində Ordudan təxris olunub. 

2001-ci ildən İsveçdə mühacirətdə yaşayır. Ailəlidir, bir oğlu, bir qızı, nəvələri var.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.