“Diaspor Akademiyası- 2” layihəsi çərçivəsində növbəti təlim keçirilib

“Diaspor Akademiyası-2” layihəsinin növbəti 8-ci təlimi baş tutub. Təlim “Diasporun informasiya strategiyası, media kanallara çıxış taktikaları” adlı mövzuya həsr edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tanınmış təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov iştirakçılara “İnformasiya strategiyası nədir?”, “Məqsəd və vəzifələri”, “Diasporun istifadə edə biləcəkləri media kanalları” və s. məsələlər barədə məlumat verib.

İnteraktiv şəkildə keçən təlim zamanı iştirakçılar bu sahədəki təcrübələrini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparılıb. Onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.