Müharibə və müharibə cinayətləri

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

Bir döyüşdə və ya əməliyyatda sivil ya da silahsız bir əsgərə qarşı qeyri-etik davranış müharibə cinayətidir. 

 

Bir aksiyanın və ya etiraz dalğasının  qarşısı müxtəlif formalarda alınır. Ya su fontanı ilə, ya daha ciddi təhlükə duyulanda gözyaşardıcı qazla,, da kiçik qruplar halında toplanan polislər bu vəzifəni aksiyaçıkarı yaxalama şəklində yerinə yetirir. Ancaq 35 il öncə - 1990-cı ilin yanvar ayının 20-sində yaşanan hadisələr tam bir müharibə cinayəti idi. 

 

Ta əzəldən hər kəsə bəllidir ki bir milləti,  xüsusilə türk toplumunu əsarət altında saxlamaq və ya ona hökmranlıq etmək qeyri-mümkündür. Bu məntiqlə böyüyən, yaşayan azərbaycanlılar da 1990-cı ildə Azadlıq meydanında toplanaraq hürriyyətləri üçün mübarizə apardılar. 

Sovet hökuməti məqsədini  Azərbaycan Televiziyasınln enerji blokunu partladaraq bəyan etdi. Məqsəd sadəcə aksiyanı dayandırmaq yox, azərbaycanlıların gözlərini tam qorxutmaq idi. 

Başqa bir toplum, başqa bir ulus olsaydı tankdan, silahdan, ordudan çəkinib geri çəkilərdi. Ancaq damarında Azərbaycan qanı axan bir toplumun önünü nə tank, nə də mərmilərin vıyıltısı kəsə bildi. Bəli itkilərimiz, şəhidlərimiz çox oldu. Ancaq istədiyimizi də aldıq. Müstəqilliyimizə qovuşduq. 

O dönəmdə başımıza gətirilənlər sanki dünən yaşanıbmış kimi hələ də yaddaşımızdan silinməyib və silinməyəcəkdir. Bir xalq birləşirsə və birşeylər uğrunda mübarizə aparmaq üçün ayağa qalxırsa, önündə dağlar sıralansa belə onu dayandırmaq mümkün deyil. 

35 il öncə olduğu kimi ötən gün də Şəhidlər Xiyabanı al qərənfilə boyanmışdı. Şəhidlərimizin ruhu şaddır. Çünkü azadlıq mübarizəmiz QARABAĞDA qazandığımız şanlı zəfərlə taclandı. 

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!!!

 

"Ədəbiyyat və İncəsənət"

 (21.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.