Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Ölkə mediasının manşet xəbəri “Azersun Holding” MMC-nin Müşahidə Şurasının sədri Abdolbari Gozalın ötən gün vəfat etməsi xəbəridir. Bu barədə “Azersun Holding”in yaydığı məlumatda deyilir.
Məlumat belədir:
“Dərin hüznlə bildirmək istəyirik ki, Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfələrə görə ölkə başçısı tərəfindən "Şöhrət" ordeni, "Tərəqqi" medalı, onlarla yerli və qlobal mükafatla təltif edilən xeyriyyəçi iş adamı, "Azersun Holding"in qurucusu Abdolbari Gozal vəfat edib”.
Abdolbari Gozal dünyasını Birləşmiş Ərəb Əmirliklərində - Dubayda dəyişib. Onun orada məzilinin olduğu, ailəsinin həm Bakıda, həm orada orada yaşadığı deyilir.
76 yaşında dünyasını dəyişən tanınmış iş adamının ölüm səbəbinin xəstəlik olması bildirilir, onun dəfn mərasimi də elə Dunbayda təşkil olunub. Məlumata görə, mərhumun dəfn mərasimi bu gün sübh namazından sonra baş tutub.
Abdulbari Gozalın Bakıda da yas mərasimlərinin keçirilməsi nəzərdə tutulur.
Abdolbari Gozal 23 avqust 1949-cu ildə İranın Maku şəhərində, Cəlali qəbiləsindən Rza ağanın ailəsində dünyaya gəlib. Daha sonradan isə buradan Türkiyənin Muş əyalətində yaşayan nənəsinin yanına köçüb. O 1956–1961-ci illərdə ibtidai təhsilini Türkiyədə başa vurduqdan sonra, 1962–1965-ci illərdə orta təhsilini İranda tamamlayıb.
1992-ci ilə qədər BƏƏ, Türkiyə, İran, İraq, Suriya, İordaniya kimi ölkələrdə müxtəlif şirkətlər yaradaraq iş fəaliyyəti qurub. Bu şirkətləri birləşdirmək və onlar arasındakı əlaqəni təmin etmək üçün Abdulbari Gözəl 1994-cü ildə Dubayda “İntersun Holding” adlı şirkətlər qrupunu yaradıb. 1992-ci ildən etibarən Azərbaycan və Gürcüstanda şirkətinin şöbələrini qurub. 1997-ci ildə "Azersun Holding"i yaradıb və onun biznesinin çiçəklənməsində bu faktor əlbəttə ki, əhəmiyyətli rol oynayıb.
Azərsun Holding" sənaye imperiyasının tərkibinə daxil olan şirkətlər bunlardır:
1. "Azərbaycan Duz istehsalat Birliyi" QSC,
2. "Azərsun Ticarət və Dağıtım" MMC,
3. "Bakı Qida və Yağ Fabriki" MMC,
4. "İnnova Konstrakşn ənd Kontraktinq" MMC,
5. "Kürdəmir Süd Emalı Zavodu" MMC,
6. "Qafqaz Ticarət" MMC,
7. "Sun Food Service" MMC,
8. "Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC,
9. "Qafqaz Konserv Zavodu" MMC,
10. "Sun Tea Çay Fabriki" MMC
11. "Green Tech" MMC
12. "Lənkəran Konserv Zavodu" ASC,
13. "Qazax Konserv Zavodu" MMC,
14. "İntepe Ofşor LLC",
15. "Muğan Enerci LLC",
16. "Azərsun Humanitar Fondu",
17. "Svit Star" MMC,
18. "Sumqayıt Plastik Emal Zavodu" MMC,
19. "Gözəl Təbiət" MMC,
20. "Qusar-İstixana" MMC,
21. "Qusar-Agro" MMC
Abdolbari Gozal həm də “Qarabağ” futbol klubunun fəxri prezidenti olub, belə ki, klubun prezidenti onun oğlu Tahir Gözəldir. Klubun dirçəldilməsi məhz Gozalın maliyyələşdirməsi hesabına reallaşıb.
Abdolbari Gozalın yanlış olaraq milliyyətinin türk olması yazılsa da o, milliyətcə kürddür.
Mərhumun 2019-cu ilin iyun ayında Bakıda keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda məşhur çıxışını da xatırlatmaq yerinə düşərdi. Çağırışı "Biz dövlətə ticarətlə məşğul olmamasını və sahibkarların yolunu açmasını istəyirik" olan həmin çıxışda Gozalın sözlərinə görə, dövlət heç vaxt iqtisadiyyatda uğurlu ola bilməz: "Bu gün bizim üçün ən vacibi ölkəyə xarici sərmayənin gəlməsidir. Bunun üçün də qanunların düzgün işləməsi lazımdır. Şükür Allaha, Prezident bu məsələni nəzarətə götürüb. Biz ona inanırıq. Əgər ölkə başçısı bir şeyi diqqətdə saxladısa, ən yaxşısını görəcək. Əgər qanunlar düzgün işləyərsə, sahibkarlar üçün yaxşı olar".
Holdinq rəhbərinin müsahibələrin birində toxunduğu bir əhvalatı da qeyd edək: “Azərbaycanda məhkəmə sisteminin inkişaf etdirilməsi çox vacibdir. Öz təcrübəmdən misal gətirim. Bir dəfə Almaniyada dostumla danışırdım. Ona dedim ki, biri gəlib məni aldadıb. Vəkilə vəkalət verdim. Mən qayıdıb gəldim. Pulumu alıb yolladı, həmin adamı da 6 il həbsə saldı. Mənim ona inamım, simpatiyam artdı. Bu baxımdan, qanunlarımızın daha da ədalətli olmasını arzulayıram".
“Ədəbiyyat və incəsənət”
(19.01.2025)