“Ədəbiyyat və incəsənət” portalı sizləri Sumqayıtda yaşayıb yaradan yazarlarla tanış etməkdədir. Bu dəfə Almaz Ərgünəş Bəyazid bir şeiri ilə görüşünüzə gəlib. Şeir Sumqayıta həsr edilib.
Cörsən qəlbin sıxılır
Özünə yer tapmırsan...
Atlan min bir taksiyə
Ünvanını belə de:
Bir vaxt karvanlar kecən
Ceyranın sahil boyu
-Sum, qayıt!
Sumun "Ceyran, batıram" deyən
O əfsanə şəhərin sahilinə
Sumqayıta sur, denən.
Burda yollar işıqlı ,
Ətrafı yaraşıqlı ,
Binalar göz oxşayır
İnsanlar istiqanlı
Başçısı caniyanan
Hər dərdə tapar dərman.
Vətən sözün biləndən
Soruşdum ki, nənəmdən
Vətən hardan başlayır,
Bu boyda Vətən varkən?
Nənəm dedi: -Bəyazid,
Vətən doğulduğun şəhərdən
Oynadığın məhlədən
Sumqayıtdan başlayır.
İgidlərin izlərin
Tarixdə yaşadacaq
"Şəhidlər xiyabanı"
deyən yerdən başlayır.
O gündən anladım ki,
Sumqayıt Vətənimdir.
Məkkəmdir, Mədinəmdir.
O mənim bu dünyada
ən gözəl şəhərimdir.
Gördün qəlbin sıxılır
Özünə yer tapmırsan...
Atlan min bir taksiyə
De ki, şur Sumqayıta
O əfsanə şəhərə
Bu gün orda bayramdır
Hey yanı al- əlvandır.
75 yaşı olan
Sumqayıt könulacan
Yaradib- yaratmalı
Yaşamalı şəhərdir.
“Ədəbiyyat və incəsənət”
(06.01.2025)