Hər gün dünyadan 5 maraqlı və bəzən də qəribə məlumat Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Sizlər üçün seçdiyim qəribə və maraqlı məlumatlardan  növbətin 5 dənəsini diqqətinizə çatdırıram.

 

 

6. Dünyada ən çox danışılan ana dili çin dilidir, amma ən çox ölkədə rəsmi dil olan dil fransız dilidir – fransız dili beş qitədə rəsmi dildir.

 

 

7. “Yuxusuzluqdan ölmək aclıqdan ölməkdən daha tez baş verir” – Laboratoriya siçanları ilə aparılan təcrübələr bunu sübut edib.

 

8. Bədən haqqında: – İnsan burnu 1 trilyon fərqli qoxunu ayırd edə bilir. Əvvəllər bu rəqəm çox daha az hesab edilirdi, amma yeni araşdırmalar burnumuzun heyrətamiz qabiliyyətə sahib olduğunu sübut edib.

 

9. Texnologiya: – İlk kompüter virusu 1986-cı ildə Pakistanlı iki qardaş tərəfindən yazılıb. Onlar “Brain” adlı virusu pirat disketlərin qarşısını almaq üçün yazmışdılar.

 

10. Tarix: – Napoleonun boyu orta səviyyədən qısa deyildi. Sadəcə ingilislər onun boyunu fərqli ölçü vahidi ilə qeyd etdikləri üçün bu mif yayılıb.

 

Sizlər bəs hansı maraqlı hadisələr barədə bilgilisiniz? Həmən yazın, bölüşək.

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.