"Nə qədər biz avamıq, bizi aldadacaqlar" – HƏSƏN BƏY ZƏRDABİNİN ANIM GÜNÜNƏ Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Bu gün görkəmli mütəfəkkir, jurnalist, pedaqoq, alim, milli teatr və milli mətbuatımızın banisi, böyük maarifçi, xeyriyyəçi, ictimai xadim Həsən bəy Zərdabinin anım günüdür. 

 

Həsən bəy Məlikov bəzi mənbələrə görə 28 iyun 1842-ci, bəzi mənbələrə görə isə 1837-ci ildə Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur.  İlk təhsilini doğulduğu kənddə mədrəsədə alan Həsən bəy təhsilini Şamaxı və Tiflisdə məktəbdə davam etdirir.  Daha sonra təqaüdlə Moskva Dövlət üniverisitetinin fizika-riyaziyyat fakultəsində təbiət elmləri üzrə təhsil alır.  O, 1869-cu il noyabr ayının 18-də Bakı Realnı gimnaziyasına təbiət tarixi müəllimi vəzifəsinə təyin edilir. Burada işlədiyi müddət ərzində Həsən bəy Zərdabi kasıb və kimsəsiz uşaqlara kömək etmək onları məktəbə düzəltmək, məktəbdə oxuyanların isə acınacaqlı vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə xeyriyyə cəmiyyəti təşkil edir. Təlim-tərbiyədə təhsillə yanaşı incəsənətin, mədəni mühitin də fomalaşmasının əhəmiyyətini anlayan görkəmli mütəfəkkir 1873-cü ildə öz şagirdləri ilə birlikdə, Nəcəf bəy Vəzirov və Əsgər bəy Adgözəlovun da yaxından iştirakı ilə Bakı Realnı gimnaziyasının otaqlarından birində  dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını tamaşaya qoyur və bununla da Azərbaycan milli teatrının əsası qoyulur.

"Hər bir Vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur" söyləyən Həsən bəy qəzet yaratmaq üçün Bakı Qubernatoruna müraciət edir və qubernatorun məsləhəti ilə qəzetin adı əkinçi qoyulur. Adına uyğun olaraq qəzetdə əkin və ziraət xəbərlərinin yer almasına icazə verilir. Yalnız bu halda türkcə qəzetin çıxması mümkün ola bilərdi. Bununla əlaqədar Həsən bəy İstanbuldan hürufat gətizdirir və uzun zəhmətdən sonra nəhayət 1875-ci il 22 iyul tarixində Bakıda Qubernator məətbəsində Azərbaycan dilində Əkinçi qəzetinim nəşrinə müvəffəq olur. Və beləliklə milli mətbuatımızın əsası qoyulur.

Əkinçi Azərbaycan və həmçinin bütün Rusiyada nəşr olunan ilk türk dilli qəzet idi. Maarifçilik funksiyası yerinə yetirən əkinçi qəzeti sadəcə əkindən yazmır o həmdə dövrün problemlərini işıqlandırır.  Üstüörtülü şəkildə çar idarə üsulunu tənqid edir, dini xurafatı pisliyir və təhsilin önəmini anlatmağa çalışır. Lakin ХIХ əsrin ikinci yаrısındа Аzərbаycаndа cəhаlətə, аvаmlığа, nаdаnlığа qаrşı mübаrizədə, хаlqın mааrifə, mədəniyyətə çаtmаsındа, mааrifçilik idеyаlаrının yаyılmаsı və mütərəqqi ziyаlılаrın yеtişməsində mühüm rоl оynаmış Əkinçi qəzeti uzun müddət fəаliyyət göstərə bilməmiş, 1877-ci ilin sеntyаbrındа çаr sеnzurаsı tərəfindən bаğlаnmışdı.

Əkinçi ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi nəşr olunmuşdu. Zərdаbinin fəаliyyətindən qоrхuyа düşən pоlis idаrəsi оnu Bаkıdаn uzаqlаşdırmаq məqsədilə ona dəfələrlə təzyiqlər göstərmiş və 1878-ci ildə Zərdаbi öz rаzılığı ilə məktəbdən аzаd оlunmuşdu. Bu dövrdə həmdə o, mollaların ateist, Osmanlı agenti, şapqalı urus kimi təhqirlərinə də məruz qalmışdı.

Zərdаbi 1879-cu ilin sonlarındа аiləsi ilə birlikdə dоğmа kəndləri оlаn Zərdаbа köçmüş və 1896-cı ilə qədər оrаdа yаşаmаlı оlmuşdu. Hər zaman öz xalqının inkişafı üçun çalışan ziyalı burda da məktəb açmaq üçün çalışır və hətta öz evini məktəb kimi istifadə edir. 

1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin I qurultayının təşkilatçısı və sədri olmuşdur. 

Həsən bəy Zərdabi Hənifə xanım Məlikova ilə ailə həyatı qurmuş və onların bu izdivacdan iki oğlu və iki qızı dünyaya gəlmişdir.  Hənifə xanım Azərbaycanın ilk maarifçi qadınlarından biri olmuşdur. 

Zərdabi 1907-ci ildə noyabr ayının 28-də iflic olur və dünyasını dəyişir.

Qiymət, öz işin üçün mükafat, tərif və s. axtarma. Xalq üçün çalış, o arxanca gedəcək və səni qiymətləndirəcək. Bunun üçün əvvəlcə onun inamını qazan."  deyirdi böyük ziyalı. Və bu sözləri onun vəfatı zamanı öz təsdiqini tapdı.  "Mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin" deyə vəsiyyət etməsinə baxmayaraq həmin gün Bakıda böyuk bir izdiham müşahidə olunur. “Tаzə həyаt” qəzеtinin Zərdаbinin ölümünə həsr еdilmiş nömrəsində оnun dəfn mərаsiminin hələ Bаkının tаriхində görünməmiş bir hüznlə, kədərlə kеçirildiyi qеyd еdilir. Həsən bəy Zərdabi köhnə Bibiheybət məscidinin yanında dəfn edilir. 1937-ci ildə həmin ərazilər dağıdılır və Zərdabinin sümükləri bir müddət qızının evində saxlanılır.  Təəssüflə qeyd etmək lazımdır ki, bütün ömrünü bu yurdun insanının inkişafı üçün çalışan böyük maarifçinin sümükləri üçün tam 20 il bir qarış torpaq tapılmır. Nəhayət 1957-ci ildə vəfatının 50 illiyi qeyd edilərkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunur. 

Həsən bəy Zərdabi Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi, təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının  “Cəmiyyəti-Xeyriyyə” nin banisi, 1873-cü ildə şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycanın milli teatrının və  mətbuatının banisi, Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri olmuşdur.

Onun xalqı qarşısındakı əvəzsiz xidmətləri danılmaz və unudulmazdır.

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.