ABŞ-ın “Cloudflare” şirkəti ənənəvi olaraq dünya əhalisinin ən çox daxil olduğu saytların siyahısını açıqlayıb. “Ədəbiyyat və incəsənət” portalı Liveinternet.ru saytına istinadən oxucularına reytinqin ilk onluğu barədə məlumat verir.
2021-ci ilin reytinq cədvəlinə ötənilki reytinqdə yeddinci olaraq böyük sıçrayış etmiş TikTok.com liderlik edir. 2020-ci ildə birinci yerdə olmuş Google.com bu il ikinci yerə keçib. Ötən il ikinci yeri tutmuş Facebook.com builki reytinqdə üçüncüdür.
Ümumiyyətlə ilk onluq belədir;
1.TikTok.com
2.Google.com
3.Facebook.com
4. Microsoft.com
5.Apple.com
6. Amazon.com
7. Netflix.com
8.YouTube.com
9. Twitter.com
10. Whatsapp.com
2020-ci ilin reytinq cədvəlində doqquzuncu pillədə qərarlaşmış İnstagram.com saytı 2021-ci ildə ən çox ziyarət olunan saytların ilk onluğuna düşə bilməyib, amma populyar sosial şəbəkə saytları arasında beşinci olub. Bu reytinqdə
Birinci, ikinci və üçüncü yerlərdə gördüyünüz kimi, TikTok.com, Facebook.com və Twitter.com qərarlaşıb.
İnternetdə ən çox ziyarət olunan video resurslarının reytinqinə isə ötən il olduğu kimi Netflix.com başçılıq edir. Sonrakı pillədə YouTube.com dayanır.
Ticarət platformalarının saytları arasında Amazon.com, messencerlərin saytları arasında WhatsApp.com liderliyini qoruyub saxlayır. Telegram.org ən çox ziyarət olunan messencer saytları siyahısında ikincidir.
Bu arada Liveinternet.ru ayrıca Rusiya saytlarının da reytinqini açıqlayıb. İlk onluğu təqdim edirik:
1.Poçta Mail.ru
2.Lenta.ru
3.RİA Novosti.
4.Hearst Shkulev Digital
5.Komsomolskaya pravda
6.RBK –RosbiznesKonsaltinq
7.İzvestiya
8.Sinoptik.ru
9.Moskovskiy komsomolets
10.BAZR.ru