Fuad Muradov Qarsda bir sıra görüş keçirilib

Türkiyədə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Qarsda bir sıra görüşlər keçirib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına komitədən məlumat veriblər.

 

Komitə sədrini səmimi salamlayan Qars valisi Ziya Polat Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib, əlaqələrin intensivliyinin iki qardaş ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini vurğulayıb.  

Səmimi qəbula görə təşəkkür edən sədr komitənin fəaliyyət istiqamətləri barədə geniş məlumat verib, Türkiyə və Azərbaycanın sarsılmaz dostluğuna və burada məskunlaşan azərbaycanlıların özlərini ana vətəndə hiss etdiklərinə diqqət çəkib.  

Qarsda yaşayan azərbaycanlıların fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb, əlaqələrin perspektivləri müzakirə olunub.  

 

Komitə sədrinin növbəti görüşü Qars Bələdiyyəsinin sədri, Prof.Dr.Ötükən Sengerlə olub. Bələdiyyə sədri Azərbaycanla Türkiyə arasında əlaqələrin tarixinə nəzər salıb, ortaq keçmiş, ortaq dil, ortaq mədəniyyət və bizi birləşdirən digər məqamlarla bağlı fikirlər səsləndirib. Soydaşlarımızın öz bilik və bacarıqları ilə yaşadıqları ölkəyə töhfələr verdikləri nəzərə çatdırılıb, qarşılıqlı maraq doğuran məsələlər, gələcək əməkdaşlıq imkanları barədə danışılıb.

Qars səfəri çərçivəsində DİDK sədri Azərbaycanın Qarsdakı Baş Konsulluğunu ziyarət edib, Baş konsul Zamin Əliyevlə və Qarsda fəaliyyət göstərən Azərbaycan dərnəklərinin rəhbərləri və üzvləri ilə görüş keçirib. Görüşdə Komitənin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verilib, Qarsdakı diaspor təşkilatlarına gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr çatdırılıb. Görüş üçün təşəkkür edən dərnək rəhbərləri göstərilən diqqətə görə Azərbaycan dövlətinə təşəkkür edib, perspektiv fəaliyyət planları barədə fikirlərini bildiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(21.01.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.