“Sizə qucaq açdı qazax torpağı...” – MUXTAR KƏRİBAY Featured

 

Aida Eyvazlı Göytürk, “Ədəbiyyat və incəsənət” üçün

 

Qroznı səmasında vurularaq, Aktauda qəzalı eniş edən təyyarədən sağ çıxan stüardessa Aydan Rəhimliyə qazax diplomat Muxtar Kəribay şeir həsr edib. Onun şeirini azərbaycncaya uyğunlaşdırdım, hətta orijinaldan bir az iri alındı. Ümidvaram ki, oxucuların da xoşuna gələcək. 

Şeirin qazaxca orijinal variantını da təqdim edirəm.

 

 

GÖYLƏR QIZI -ASİMANDA SÜZƏNİM

 

Göylər qızı, asimanda süzənim,

Doğma bacım, ciyərparam süsənim.

Yaralanıb göy səmadan endiyin,

O kənd mənim kəndim, mənim vətənim.

 

Göy üzündə pərvaz edib uçanda,

Sən kəndimin üstündən də keçmisən.

Durna kimi qanadlanıb uçanda

“Türk yurdudur, görünən kənd”- demisən.

 

Sən namərdin gülləsinə uğradın,

Namərd vurdu, yaralandı qanadın.

Son ümidi Göy Tanrıya bağladın,

Cəngavərim, qəhrəmanım, inadlım.

 

Asimanda ucan gözəl, bayanım,

Yaralanmış təyyarədə yaralım.

Əcəl dönüb sənə tərəf baxmadı,

Mərd qazaxın torpağında saxladı.

 

Göy səmada yanan dəmir şahinin,

Atəşindən ürəyimə od düşdü.

Xəyanətkar, ədavətkar iblisdən,

Həmin axşam bütün dünya danışdı.

 

Mən əl açdım Göy Səmaya, ruhlara,

Dua etdim atalara, Tanrıya,

Siz səmadan bizim yurda enəndə

Mən şəfa dilədim yaralılara.

 

Asimanda qanad çalan can bacım,

Azərbaycan adlı yurdun baş tacı.

Arzuların qanadlansın hər zaman

Sən göylərdən dönüb küsmə heç zaman.

 

Ey türk ellərinin qəhrəman qızı,

Ruhu göylərdədir yoldaşlarının.

Sizə qucaq açdı qazax torpağı,

Qazax əsirgəməz dostdan varını. 

 

Azərbaycan-Qazaxıstan uludu,

Həmin axşam boz qurdlar da uladı.

Boz qurdların ulartısı duadı,

Bunu da unutma asiman qızı.

 

Göy səmada sənin arzu-kamın var,

O gün qan rənginə döndü buludlar.

Sil gözünün yaşın, ağlama bacım,

Düşmən etdiyinin cavabın alar.

 

 

Жaнарыңда адамзаттық тyр қайғы

 

Ұшақ апатынан аман қалған стюардессаға арналады.

 

Аспансерік қарындасым, бауырым,

Алыс емес саған менің ауылым!

Сен тап болған қасіретке талайсыз

Еліңменен мен де бірге ауырдым.

Аспансерік қарындасым, батылым,

Сын сағатта сыр бермеген батырым!

Зардап шеккен жас жаныңды жебеуге

Түркі бабам қолдасын деп шақырдым.

Аспансерік қарындасым, қанатым,

Жаралы ұшақ мекен таппай қонатын,

Ажал төнген талай жанды сақтады

Қасиетті жұмсақ жері қазақтың.

Аспансерік қарындасым, арлы әнім,

Әзербайжан қалың жұртың орманың.

Пендешілік қиянаттан қисапсыз

Үзілмесін көкте самғау – арманың!

Аспансерік қарындасым, шырайлы,

Өзіңменен әлем бірге жылайды.

Бүкіл дүние, патша тағы малы да*

Көз жасыңның тамшысына тұрмайды

Жанарыңда адамзаттық тұр қайғы!

 

Мұхтар Кәрібай

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.