İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sonra mən zirvədəki 20 faizə qoşulmağı mümkün edən, “Kainatın dəmir qanunu”nu öyrəndim. Bu, Səbəb və Nəticə və ya Əkin və Biçin qanunu idi. Bu qanuna əsasən, hər bir nəticənin müəyyən bir və ya bir neçə səbəbi var və müəyyən bir sahədə nailiyyət əldə etmək üçün öncə həmin sahədə nailiyyətin hansı bacarıq və vərdişlər hesabına əldə edildiyini öyrənmək və sonra nailiyyət əldə edilənə kimi həmin vərdişləri təkrarlamaq lazımdır.
Qayda budur: “Uğurlu adamların etdiklərini usanmadan təkrarlasanız, sonunda sizin də, uğurlu insanların əldə etdikləri nailiyyəti əldə etməyinizə heçnə mane ola bilməz. Yox, əgər siz uğurlu insanların etdiklərini təkrarlamasanız onda sizə heç nə kömək edə bilməz”.
Qədim əsatirlərdən gələn Əkin və Biçin qanunu, Səbəb və Nəticə qanununun bir formasıdır. Bu qanuna əsasən insan bu gün nə əkirsə sabah mütləq onu da biçməlidir. Və yaxud da bu gün biçdiyimiz məhsul əkdiyimiz əkinin nəticəsidir. Beləliklə, bugünkü məhsulunuz sizi qane etmirsə onda dərhal yeni toxumlar əkmək, uğura aparan vərdişlər əldə etmək yalnız sizdən asılıdır.
Brayan Treysi / Bəhanələrə yox (Daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(04.04.2025)