İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Unutsaq, unudularıq! - Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri, Prezidentin fərdi təqaüdçüsü Təbrik Quliyevin “Azəri poliqrafiya” nəşriyyatı tərəfindən yeni çaq olunmuş kitabı belə adlanır.
Qeyd edək ki, müəllifin indiyədək “Könül dilləndi”, “Məndən sonra”, “Qismət” kitabları oxucular tərəfindən maraqla qarşılanıb.
“Unutsaq, unudularıq” isə Təbrik Quliyevin oxuculara növbəti hədiyyəsidir. Burada yer alan yaradıçılıq nümunələri, şeirlər, qəzəllər, olmuş hadisələr oxucuların ürəyincə olacaq və hər kəs zövq alacaq.
Kitabın redaktoru və ön söz müəllifi bəndəniz - Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü İlhamə Məhəmmədqızıdır.
Sumqayıt şəhərinin ictimai-siyasi həyatında mühüm yeri olan ağsaqqalımızı yeni uğuru münasibətilə təbrik edirik.
“Ədəbiyyat və incəsənət”
(13.01.2025)