Xanəndə Süleyman Abdullayev vəfat edib

 

Azərbaycanın Əməkdar Artisti, görkəmli xanəndə Süleyman Abdullayev 83 yaşında vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

 

Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan xanəndə şəkər xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi ilə tanınıb.

Həm istedadlı sənətkar, həm də böyük bir elin ağsaqqalı kimi sevilən xanəndə xalq tərəfindən “Dədə Süleyman” deyə çağırılıb.

Süleyman Abdullayev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2012-ci il sentyabrın 14-də Əməkdar artist fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.