Azərbaycanın Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova vəfat edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial mediada məlumat veriblər.
Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-də səs rejissoru, bəstəkar kimi çalışıb.
Allah rəhmət eləsin!