TÜRKSOY-un Fikrət Əmirova sayğısı böyükdür

 

TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən cari il sentyabr ayında Bursa və İzmir şəhərləri, habelə Şimali Kiprdə görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “XXIII TÜRKSOY Opera günləri” keçirilmişdir.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev və teatrın solisti, vokal ifaçısı Fatimə Cəfərzadə iştirak etmişlər.

Bursa Dövlət Simfonik Orkestri və İzmir Opera Orkestrinin müşayiəti ilə Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, opera ariyaları və türkdilli ölkələrin bəstəkarlarının əsərləri səslənmişdir. Tədbirlərdə eyni zamanda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Makedoniya, Şimali Kiprdən solistlər də iştirak etmişlər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.