Xalq artisti Sara Qədimovanın 100 illiyi münasibətilə hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilib

 

Milli Arxiv İdarəsi növbəti virtual sənədlər sərgisini istifadəçilərin ixtiyarına verib.

 

“Ədəbiyyat və incəsənət portalı AzərTAC-a istinadən xəbər verir ki, təqdim olunan bu virtual sərgi Azərbaycan professional opera və vokal sənətinin görkəmli xanım nümayəndəsi, Azərbaycan SSR Xalq artisti Sara Qədimovanın anadan olmasının 100-cü ildönümünə həsr olunub.

Nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınan və dinləyicilərin böyük məhəbbətini qazanan Sara Qədimova görkəmli ustadlardan klassik ifaçılıq sənətinin sirlərini öyrənərək yiyələnmişdi. Xanım sənətçi öz gözəl və məlahətli səsi ilə Azərbaycan xalq musiqisi nümunələrinə - muğamlara, təsniflərə, xalq mahnılarına ayrı bir rəng, çalar qataraq milli musiqi sənətini daha da zənginləşdirmişdi.

Altmış ildən artıq bir dövrü əhatə edən sənət fəaliyyətini Azərbaycan mədəniyyətinin təbliğinə həsr etmiş Sara Qədimova istər İttifaq, istərsə də bir çox xarici ölkə səhnələrində uğurlu çıxışlar edib.

O, ölkə mədəniyyətinin inkişafı üçün göstərdiyi xidmətlərə görə daima dövlət tərəfindən yüksək qiymətləndirilərək, fəxri adlara və mükafatlara layiq görülüb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.