“Artur Possinq” kvarteti Xəzərin sahilində caz ifa edəcək

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə keçiriləcək XVII Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində sentyabrın 26-da “Enerji Club”da “Artur Possinq” kvarteti çıxış edəcək. 

 

Saksofonda Pier Kok-Amann, kontrabasda Sebastyan Şlapbe Flax, zərb alətlərində Nils Engel ifa edəcək.

Öz nəslinin perspektivli pianoçularından biri kimi görünən Artur Possinq musiqiyə çox təbii yanaşır. O, 1996-cı ildə musiqiyə dəyər verən bir ailədə anadan olub. Lüksemburqlu gənc ilk addımlarını perkussiyadan başlasa da, tezliklə fortepianoya keçir. Bu addım onun caz dünyasına baş vurmasına səbəb olur. Orta məktəbi bitirdikdən sonra o, fortepianoda caz ifasını davam etdirib və Brüssel Kral Konservatoriyasında Erik Lenininin dərslərinə qatılıb. Artur Possinqin kvarteti 2013-cü ildə formalaşıb və bu günədək “Four Years” (2018) və “Natural Flow” (2021) albomlarını buraxıb. Son beş ildə qrup Avropada və ondan kənarda geniş qastrol səfərləri etmək imkanı əldə edib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.