Dünyaşphrətli italiyalı tenor Luçano Pavarottinin xatirəsinə ehtiram olaraq Hollivudun əfsanəvi Şöhrət Parkında onun üçün “ulduz” həkk edilib və ötən gün bu “ulduz”un açılışı olub. Bu, parkdakı 2730-cu ulduzdur.
“Ədəbiyyat və incəsənət” portalə TASS agentliyinə istinadla xəbər verir ki, açılış mərasimində müxtəlif vaxtlarda Pavarotti ilə birgə işləmiş amerikalı dirijor Ceyms Konlon həmkarını XX əsrin ən böyük opera müğənnilərindən biri kimi dəyərləndirib.
Pavarottinin yaradıcılıq karyerası 1961-ci ildə Beynəlxalq Vokal Müsabiqəsində qələbə ilə başlayıb. Həmin ildə o, Redjio Emiliya Teatrında Cakomo Puççininin "Boqema" operasından Rudolfun partiyasıni ifa edib. Həmçinin bu partiyanı Pavarotti 1963-cü il Vyanada və Londonun Kral Opera Teatrında ifa edib. Pavarottinin Amerikadakı debütü 1965-ci Mayami operasında baş tutub.
1971-ci ildən o. "Arena di Verona" festivalında müntəzəm çıxış edib, həmçinin konsertlərdə iştirak edib, “La Skala" teartrı ilə Moskvaya qastrola gəlib.
Təbii ki, Şöhrət Parkında şərəfinə ulduz qoyilmasını bu dahi müğənni haqq edib.
Qeyd edək ki, Luçano Pavarotti 2007-ci ildə 72 yaşında xərçəng xəstəliyindən
vəfat edib. Onun ölümü ilə “dünya operasının yetim qaldığı” iddia olunur.