Xəbər verdiyimiz kimi, Qazaxıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Qazaxıstan mədəniyyətini nümayiş etdirmək üçün dost ölkənin musiqiçiləri Azərbaycana gəliblər. Bununla əlaqədar Milli Parkda - Bakı Dəniz Vağzalının yaxınlığında yurta quraşdırılıb.
Yurtada çıxış edən növbəti musiqi kollektivi Süyunbay adına Almatı Vilayət Filarmoniyasının “Kobız sarını” folklor-etnoqrafik ansamblı olub.
Yurtanın önündə “Kobız sarını” folklor-etnoqrafik ansamblı Qazaxıstan milli musiqisindən nümunələr səsləndirib.
Yurtanın təqdimatı çərçivəsində Bakı sakinlərinə qazaxların adət-ənənələri, tarixi abidələri, musiqisi və turistik məkanları barədə məlumat verilib.
Qeyd edək ki, avqustun 31-dək davam edəcək aksiya çərçivəsində bir sıra tədbirlər təşkil olunacaq.