Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə müsabiqə keçirilir Featured

Mədəniyyət Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə “Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş musiqi tarixi və musiqi nəzəriyyəsi sahələrində musiqişünaslıq üzrə” respublika müsabiqəsi keçirir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Nazirliyə istinadən AzərTAC məlumat yayıb. Məlumatda bildirilir ki, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin irsi ilə bağlı yüksək elmi meyarlara cavab verən yeni tədqiqat işlərinin aşkar edilməsidir.

 

Müsabiqədə yalnız ali professional musiqişünaslıq təhsili olan şəxslər (yaş məhdudiyyəti qoyulmur) iştirak edə bilərlər. Müsabiqəyə heç bir yerdə nəşr olunmamış, 2 - 4 çap vərəqi həcmində yeni elmi-tədqiqat işləri təqdim edilməlidir.

 

Müsabiqədə birinci yerin qalibinə 3000 manat, ikinci yerin sahibinə 2000 manat, üçüncü yerə layiq görülən namizədə isə 1000 manat pul mükafatı təqdim olunacaq.

 

Müsabiqə təqdim olunmuş elmi işlər oktyabrın 1-dək Azərbaycan Bəstəkarlar İttifaqında qəbul olunacaq və ittifaq tərəfindən müəyyən edilmiş münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.