Bu gün Xalq artisti Zaur Rzayevin doğum günüdür Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bir xatırlayın, sovet dönəmində məşhur bir xalq mahnısı var idi, “Dilbərim”. Onu oxumaqla gündəmə gəlmiş müğənni Zaur Rzayev necə sevilirdi. Elə bir dövlət konserti olmazdı ki, orda tamaşaçıların gur alqışı altında Zaur Rzayev bu mahnını oxumasın.

 

Zaur Əlihüseyn oğlu Rzayev 1952-ci ilin 28 yanvarında Qazıməmməd (indiki Hacıqabul) rayonunda, dəmiryolçu Əlihüseyn Rzayevin ailəsində anadan olub. O, ilk dəfə 8 yaşında Dəmiryolçular klubunun istirahət konsertində səhnəyə çıxıb. Bir müddət sonra Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblına solist götürülüb.

15 illik musiqi təhsili olan sənətçi Azərbaycan Silahlı Qüvvələri Mahnı və Rəqs ansamblının rəhbəridir.

Zaur Rzayev 1998-ci ildə Əməkdar, 2003-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Tanınmış müğənnimizi təbrik edirik.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.