Azərbaycan Dövlət Rəqs Ansamblı Çelyabinskdə festivalda uğurla çıxış edib

Azərbaycan Dövlət Rəqs Ansamblı Rusiyanın Çelyabinsk şəhərində keçirilən “Sineqorye” XIV Beynəlxalq Milli Mədəniyyətlər Festivalında uğurla iştirak edib.

 

AzərTAC xəbər verir ki, festival çərçivəsində Çelyabinskdə 7, bölgənin şəhərlərində 18 konsert, panel müzakirəsi və ustad dərsləri təşkil olunub.

 

Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə) festival günlərində vilayətin mərkəzi Çelyabinskdə, eləcə də regionun Miass və Satka şəhərlərində möhtəşəm konsert proqramları ilə çıxış edib. Kollektivin Çelyabinsk Operasının səhnəsindəki çıxışı xüsusilə yaddaqalan olub. Ansamblın ifasında “Sarı gəlin”, “Qazaxı”, “Şələqoy”, “Qaytağı”, “Dəflə rəqs” və digər milli rəqs nümunələrimiz böyük maraqla qarşılanıb, tamaşaçıların qəlbini fəth edib. Ansamblın uğurlu çıxışına görə bədii rəhbər, Xalq artisti Rüfət Xəlilzadəyə Çelyabinsk Vilayəti Mədəniyyət Nazirliyinin diplomu təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.