Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə AzərTAC-ın Uşaq Bilik Portalı və Özbəkistanın “Tonq Yulduzi” qəzetinin təşkilatçılığı ilə “Vətənin tərənnümü” mövzusunda rəsm yarışması elan olunur.
8-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan müsabiqənin məqsədi şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsi, iki ölkənin uşaqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, milli adət-ənənələrin geniş təbliğidir. Müsabiqə “Vətən mövzusunda ən yaxşı rəsm” (A3 formatda, şəkillərin sayı 3-ə qədər olmalıdır, akvarel boyası ilə çəkilməlidir) nominasiyası üzrə keçiriləcək.
Yaradıcılıq işlərində iştirakçının soyadı, adı və atasının adı, şəhər və rayon, məktəb və sinif, həmçinin telefon nömrəsi göstərilməli, işlər This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçtuna göndərilməlidir.
Müraciət üçün son tarix 22 may 2025-ci ildir.
Qaliblər 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində elan olunacaq.
“Ədəbiyyat və incəsənət”
(14.04.2025)