Oğuzda “İncə naxışlar” adlı məşğələlər keçirilib

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları tərəfindən Oğuz şəhərindəki məktəblərdə şagirdlərə “Muzey eksponatları şagirdlərin rəngli dünyasında“ layihəsi çərçivəsində “İncə naxışlar” adlı öyrədici və tematik məşğələlər keçirilib.

 

Məşğələlər xalçaçılıq və tikmə sənətinə həsr olunub. Şagirdlərə Azərbaycan xalqının qədim və zəngin xalçaçılıq ənənələri, naxışların mənası və onların necə hazırlandığı barədə, o cümlədən Oğuz rayonun xalçaçılıq tarixindən geniş məlumatlar verilib. Eyni zamanda tikmə sənətinin incəlikləri göstərilib. Müxtəlif sap və alətlərlə tikmə texnikaları nümayiş olunub.

Məşğələlər şagirdlər arasında milli dəyərlərimizə olan marağı daha da artırnışdır.  Şagirdlər məşğələlərdə yüksək fəallıq nümayiş etdirmişlər.

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.