Qafar Sarıvəlli - fırça ilə gözəllik yaradıcısı Featured

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam, hamımızın əzizimiz Qafar Sarıvəllinin 69 yaşı tamam oldu. Fırça ilə gözəllik yaradan rəssam həm mənzərə, həm natürmort, həm portret çəkir. Rəng palitrası çox zəngindir. 

 

Qafar Sarıvəlli 1956-cı il yanvarın 17-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1973-cü ildə Kəmərli kənd orta məktəbini bitirib. Həmin ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1980-ci ildə rəssamlıq məktəbini bitirib. Ailəlidir, iki övladı var.

1985-ci ildən Respublika və Beynəlxalq sərgi-müsabiqələrinin daimi iştirakçısıdır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə ilk, 2005-ci ildə ikinci fərdi sərgisi keçirilib. 100-dən çox kitaba tərtibat verib, illüstrasiyalar çəkib. Rəsmlər toplusundan ibarət 5 kitabı çap olunub (1996, 2001, 2005, 2008 və 2021-ci illər).

O, həm də “Qazax" Xeyriyyə İctimai Birliyinin üzvüdür. Bu səbəbdən doğum gününə elə ən birinci təbriki də cəmiyyətin İdarə Heyətinin sədri, professor İlham Pirməmmədovdan, İctimai Birliyin üzvlərindın alıb. 

Qafar Sarıvəlli yaratdıqca yaratmaq istəyir, əllərinə sağlıq.

Biz Sizinlə fəxr edirik, hörmətli Qafar müəllim.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.