“Ədəbiyyat və incəsənət” sizlərə növbəti gənc imzanı təqdim edir. Nərmin İsmayılova. Simurq təxəllüsü ilə yazan bu xanımın bir essesini diqqətinizə çatdırırrıq.
+Yaşadığın həyata qarşı vecsiz davranışlarının səni uçuruma sürükləyəcəyini bilə-bilə səhv addımlarla irəliləmək sona çatmaqdır. Bunu artıq anla.
-Sənin səhv adlandırdığın hər hadisə mənim yaşam sevincimi alovlandıran ilk qığılcımdır. Sahildəki dalğalar, meşəlikdəki ucsuz-bucaqsız budaqlar, saçımı darayıb narincə salamlaşan əsintilər mənim tək sirdaşımdır. Ona görə sona çatan təkcə səhvlər olmayacaq. Əsl sən anla...
+Bəzən doğru sandığımız, "mükəmməl" dediyimiz həyat altını üstünə çevirdikcə daha çox sarar yaralarımızı.
-Əgər həyatımızın altını üstünə gətirən insanlar olmasa, anlayacaq zamanımızda oğurlanmaz. Yalnız və əksik qalmarıq.
+Hər küldən bir həyat doğar, hər sona bir başlanğıc gizlənir. İnsanın gücü, küllərindən yenidən doğmasında və yaşamasında gizlidir...
“Ədəbiyyat və incəsənət”
(30.01.2025)