İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün ölkənin çox tanınmış, qocaman naşirinin ad günüdür. Hafiz Rüstəm 74 yaşını qeyd edir.
Hafiz Rüstəm 8 yanvar 1951-ci ildə Salyan rayonunun Şorsulu kəndində anadan olub. Əslən Yardımlı rayonunun Bərcan kəndindəndir.
Azərbaycan Dövlət Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatı “Maarif”də kiçik redaktor (1978), redaktor (1983), Xarici dillər redaksiyasının müdiri (1994), baş redaktor (2002 - 2004) vəzifəsində işləyib. 2006-cı ildən “Kövsər” nəşriyyatının baş redaktorudur.
Uzun illər boyu yüzlərlə dərslik, dərs vəsaitlərinin, elmi-pedaqoji ədəbiyyatların rəyçisi, redaktoru olmuş, onların ideya-məzmun, dil-üslub, orfoqrafik və s. cəhətdən qüsursuz çıxmasında öz yaradıcı əməyini əsirgəməyib. İlk gənclik illərindən bədii yaradıcılıqla məşğul olub. Ölkə mətbuatında orijinal lirik şeirləri, elmi-publisistik məqalələri və fars-tacik ədəbiyyatından tərcümələri ilə tanınır.
Gənclik illərindən ədəbi-bədii yaradıcılıqla məşğul olmuş, əsərləri mütəmadi olaraq dövri mətbuat orqanlarında, orta məktəb dərsliklərində dərc olunmuşdur.
“Sizdən nə gizlədim?”(1986), “Bağışla, ürəyim” (1992), “Şeh damcıları” (2002), “Bakıdan Yardımlıya səyahət”(2012), “Fikrət Sadıq – Dədə Qorqud əmanəti”(2012), “Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov”(2013) kimi kitabları nəşr olunub. Azərbaycan Yazıçılar Birliyinin (1999) və Azərbaycan Jurnalistlər Birliyinin (1983) üzvüdür.
“Bahar çiçəkləri”, “Sinəm gövhər dükanıdır”, “Gəncə zərəfşanları”, “Əbülfəz Naxçıvanlı – 50, Ön söz: Allahın sevimli bəndəsi”, “Vətəndə vətənsiz”, “Allaha inamsız yaşamaq olmur” və. s məqalələrin müəllifidir.
Poemaları
1. Bakıdan Yardımlıya səyahət
2. Şeytanın üç səfəri
3. Fələstin
4. Yarpaqlar
5. Kommunist partiyası
6. Şuşanın dağları
7. Bizim Gülbala
8. 8 Mart
9. Siqaret həqiqəti
10. Sənət dostları
11. Birlikdə ikiliklər
Hekayə və oçerkləri
1. Pəncərə taqqıltısı
2. İnsanı necə məhv etdilər, yaxud bir kimsə yoxmu?
3. Əyilməz oğul
4. Mənim qayınanam
5. Rəsmi ziyalı
Təbrik edirik!
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)