“Sözdən yaranan incilər”də - “Mədəni insan açıq qapını da döyər” Featured

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi  insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən  yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar.  Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.

 

HÜMBƏT HƏSƏNOĞLU

 

Hümbət  Həsənoğlu - həkim, yazıçı, ictimai xadim.  “Tərəqqi” medallı.  Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.

 

-  Heyvanlar arasında zürafənin, insanlar arasında axmağın gizlənmək şansı yoxdur.

 

-Yalnız həqiqəti bilən yalan danışa bilər.

 

-İnsanların arzuladığı kimi axmaq, nifrət edə biləcəkləri qədər ağıllı görünmə.

 

-Kişi qadınla görüşə gedirsə, məntiqini evdə qoyub getməlidir.

 

-Ağzı xoş söz dadmayanın, qulaqları xoş sözə tamarzı qalar.

 

-Adətən, üç ağac arasında azanların könlündən meşəbəylik keçər.

 

-Müəllimlər uşaqları onlarsız öyrənməyi, valideynlərsə onlarsız keçinməyi öyrətməlidirlər.

 

-   Qadından ehtiyat edən kişini Allah da qoruyar.

 

-  İşıq yoxdursa gözü, məna yoxdursa sözü qınama.

 

-  Mədəni insan açıq qapını da döyər.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.