Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Dəyərli Kamran bəy, uşaqlığınızdan bu saniyəyə qədər haqqınızda film çəkilsəydi, bu filmin adı nə olardı?
CAVAB:
Bu sual mənə çətin və eyni zamanda maraqlı gəldi. Bilmirəm.. Heç vaxt bu barədə düşünməmişəm.
Yəqin ki, "3 nöqtə" qoyardım. Və ya " K" - dən başlayıb " S"- da dayanan bir ömür- Kamran Yunis.
Xəyallarımda, həyatımda, ömrümdə var olan o SƏN, o böyük SƏN hansı ki, bu gün yaşamağımda, ömrümə- günümə o işıq salan SƏN də 3 nöqtədir, 3 hərfdir. Onu yalnız mən bilirəm, o mənim dünyamdır. Mən o dünyamda var oluram.
Bəlkə, o 3 nöqtə Allahdır, atamdır, anamdır. Amma 3 nöqtə olardı, çünki sevdiyimiz insanlar bizi var edir.
Allah bizi xəlq etdi, amma bizi var eləyən dünyada olsalar, olmasalar da, ata- anamızın ruhu və sevdiyimiz insandır.
“Ədəbiyyat və incəsənət”
(05.12.2024)