Uşaq var, lakin uşaqlıq yoxdur - ESSE Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

"Bir kitabda oxumuşdum: "Əfqanıstanda çox uşaq var, lakin uşaqlıq yoxdur."

Dünya da elə deyilmi?

İnsan çox, lakin insanlıq yox.”

(Xalid Hüseyni - “Çərpələng uçuran”)

 

Bəli İnsanlarla dolu bir dünyada yaşayırıq. Amma çox zaman insanlara və insanlığa həsrət yaşayırıq. Eyni ilə dənizlərdə yanan gəmilər kimi. 

İnsanların bir qismi həyatlarında çətin anlar yaşadıqlarında və darıxdıqlarında çox zaman uşaqlıqlarına qayıtmaq istəyirlər.

Deyirlər, kaş yenə uşaq olsaydım, hər şey uşaqlığımdakı kimi olsaydı. Yenə qayğısız olsaydım.

Eyni ilə Cemal Süreyanın "Uşaq olsam yenidən... Bir tək yıxıldığım üçün acısa içim və ürəyim çox qaçdığım zaman tez-tez döyünsə sadecə." dediyi kimi.

Başqa bir qism də deyir ki, nə qədər böyüsəm də bir yanım hələ də uşaqdır. 

Lakin bir qisim insanlar isə heç vaxt uşaqlıqlarına qayıtmaq istəməzlər. Heç böyüməyən insanlar var. Və bir də heç vaxt uşaq olmamış insanlar. 

Heç vaxt böyüməmək, böyüsə belə içdən həmişə uşaq qalmaq yaxşı bir şeydir bəlkə də, amma heç vaxt uşaq olmamaq ...

Bəli, bəzi insanlar heç vaxt uşaq olmurlar, uşaqlıqlarını yaşaya bilmirlər. Yaşıdlarından fərqli olaraq vaxtsız böyümək, qayğılarla, həyatın çətiin üzü ilə daha tez tanış olmaq  məcburiyyətində qalırlar. Və belə insanların içində həmişə yaşaya bilmədikləri bir uşaqlıq, duymadıqları bir qayğı həsrəti olur.

İnsan həyatın hər dövrünü yaşamalıdır. Amma ən çox da uşaqlığını yaşamalıdır. Çünki hər şey ordan başlayır...

İnsanların uşaq olmadığı və uşaqların xoş gün görmədiyi bir dünyada gözəl bir gələcəyə necə ümid etmək olar ki?!.. 

İnsanların uşaq olduğu bir dünya diləyi ilə... 

 

"Uşaqlara işgəncə edilən bu dünyanı sevməyi, ölənə qədər rədd edəcəm."

(Albert  Camus)

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.