Etibar Əbilov, “Ədəbiyyat və incəsənət” üçün
Vaqif Bayatlı Odərin yadigar göndərdiyi kitablar qarşımdadır.
Həm haqqında yazılanları, həm də şeirlərini oxuyuram. Şeirləri son dərəcə təsirlidir:
...Çək apar məni,
Şeytan cildində
mələk.
Sevgisiz mələkdən
min dəfə şirindi
bir gözəl şeytana
aldanıb ölmək.
Və yaxud:
Unudulacaq bütün
sevdalar,
Unudulacaq bütün
nəğmələr,
Unudulacaq unudulmaz
hər nə var,
Ancaq mən səni hər
bahar
yenidən sevməkçün
yenidən unudacağam.
Bu iki kitabda yüzlərlə belə şeir parçaları var. Bayatlı bənzərsiz şairdir. Qeyri-adi istedaddır. Şeirlərinə həmişə ehtiyac hiss etdiyim şairdir.
Məmnunluqla mütaliə etdiyim şairdir Vaqif Bayatlı Odər.
“Ədəbiyyat və incəsənət”
(24.05.2024)