Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Günəşdən tez oyanıb küçələri təmizləyən, məktəbə şagirlərinin, xəstəxanaya pasiyentlərinin yanına tələsən, özü yarım stəkan çay içmədiyi halda övladları üçün səhər tezdən süfrə quran, yeri gəlsə pilot, sürücü, aşpaz, təmizlik işçisi, memar, məmur kimi işində peşəkar, yeri gələndə də ana, bacı, övlad kimi şəfqətli, bəzən inadkar və qatı, bəzən isə kövrək və yumşaqqəlbli, müasir sivilizasiyanın təməl sütunları olan, daim yeniliyə, zəhmətə can atan, təhsilə, mədəniyyətə önəm verən, insanlar arasında din, dil, irq fərqi qoymadan, eyni sevgi və qayğıkeşliklə yanaşa bilən, hər zaman övladlarına örnək, ailəsinə dəstək olan, namusunu, əxlaqını insanların dilinə saqqız etməyən, lazım gələndə sözünü deyib öz ayaqları üstə dimdik duran bütün qadınların bayramı mübarək olsun!
P.S.Əziz oxucularım, bir az qısa yazmış olsam da bu yazı mənim üçün çox dəyərlidir, çünki keçən il tədbir aparıcısı idim, Heydər Əliyev Mərkəzində və tədbirin qonaqlarından biri də anam idi, ən sonda final çıxışımı plansız etdim və bu sözləri anamın gözünün içinə baxıb dedim, cümlələrimi bitirəndə isə anamın dolu gözləri özümün titrəyən səsi və ətrafımdakı bütün qadınların dolu-dolu gözlərlə qürurla alqışlaması məni çox təsirləndirmişdi…
“Ədəbiyyat və incəsənət”
(08.03.2024)