Bəlkə daha gözəl olardı… Featured

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Mənə görə, xoşbəxtlik anlayışı yoxdur,  xoşbəxt dəqiqələr, bəlkə də xoşbəxt saniyələr var.

Xoşbəxt saniyələrimizin sayının çox olmasını hər birimiz istəyirik. Lakin bu bizim əlimizdədirmi? Məncə, xeyr. Hətta fikir versəniz, hər xoşbəxt saniyə sonrası ağlımıza fərqli davranışla “bəlkə daha fərqli olardı, daha gözəl olardı” fikri gəlirsə, demək, mənfi hadisələrdən, bədbəxtliklərdən xoşbəxt saniyələr duymaq qabiliyyəti heç bir insan oğluna müəssər ola bilməz. 

Sizcə, həyatda elə bir an olur ki, “bəlkə daha gözəl olardı" deməyək? Bəs siz həyatınızda bu sözü çoxmu işlədirsiniz?!

Məncə, bu söz peşmanlıq ifadəsindən daha məntiqlidir. Çünki peşman olmaq anlayışını qəbul edə bilmirəm. Mənə görə həyatda olmalı gərəkən hər bir şey olmağa məcburdur, buna qeyri qüvvələr təsir edə bilməz. Çünki həyat hadisələrdən ibarətdir, pis hadisələrin qarşısı alınarsa, hər şey gözəl davam edərsə, həyat anlayışı mənasızlaşar. Çətinliklərdən keçərək hüzura çatmaq daha  reallıqdır.

“Bəlkə də, daha gözəl olardı" ifadəsi isə mənə görə, reallığı əks etdirir. Yəni yaranan hadisələrdən narazı deyilik, peşmanlıq da yoxdur, amma başqa cür olsa, daha da gözəl ola bilməyinin ehtimalı da ağlımızdadır.

 

“Ədəbiyyat və incəsənət”

(05.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.