Azərbaycan Milli Kulinariya Assosiasiyasının hesabat iclası keçirilib

Yanvarın 28-də Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) ötən ilin nəticələrinə həsr olunmuş hesabat iclası keçirilib.

 

AzərTAC xəbər verir ki, assosiasiyanın prezidenti, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov qurumun ötənilki fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, AMKA tərəfindən 2024-cü ildə ölkəmizdə və xaricdə bir çox tədbirlər, layihələr həyata keçirilib.

 

Peşəkar Qənnadıçılar Birliyinin sədri Eynur Nağdəliyev dünya ölkələrində Azərbaycan restoranlarının sayının çox olmasının vacib olduğunu bildirib.

 

Tədbir çərçivəsində media nümayəndələri və tərəfdaşlar “Təşəkkürnamə” ilə təltif edilib. Mükafatçılar arasında AZƏRTAC da yer alıb.

 

Daha sonra Azərbaycan Milli Kulinariya Assosiasiyasının 40 illik yubileyi ilə bağlı 2025-ci il üçün tədbirlər planı açıqlanıb.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.