“İrəvan mətbəxindən nümunələr” layihəsində Heyva dolması Featured

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Heyva dolmasının hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR 

§ Quzu əti – 78 qr

§ Quyruq – 15 qr

§ Heyva – 350 qr

§ Yumru düyü – 17 qr

§ Soğan – 15 qr

§ Kərə yağı – 25 qr

§ Badam – 8 qr

§ Albuxara – 8 qr

§ Ərik qurusu – 8 qr

§ Nanə – 8 qr

§ Darçın – 0,1 qr

§ Sarıçiçək şirəsi – 0,1 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ meyvə turşusu (məti) – 20 qr

 

HAZIRLANMASI:

Quzu ətinə quyruq, duz, istiot, soğan vurularaq qiymə hazırlanır və qızardılır. Heyvanın içi təmizlənir, qaynar duzlu suda pörtlədilir. Badam qaynar suda pörtlədilir, qabığı təmizlənir, iki yerə bölünür. Albuxara və ərik qurusu xırda doğranır. Daha sonra badam, albuxara, ərik qurusu, yarıbişmiş düyü qızardılmış qiyməyə əlavə olunur. Ədviyyatlar da əlavə olunaraq qarışdırılır. Qiymə heyvanın içərisinə yığılır və üzərinə kərə yağı qoyulur. Tavaya yığılır, üzərinə işgənə əlavə olunur və qızdırılmış sobaya qoyulur. 25-30 dəqiqə müddətində 180-200°C-də bişirilir. Süfrəyə yanında meyvə turşuları (məti), uyğun ədviyyatlarla verilir.

Tərifə Kəngərlinskaya (İrəvan) eyni nüsxədə düyü əvəzinə müxəşşər, nanə əvəzinə quru mərzə və ağ reyhandan istifadə etmişdi. Xörəyə quru meyvə, çərəz, sarıçiçək şirəsi, darçın əlavə etməmişdi. Xörək əlavəsi kimi darçın, sarımsaq və qatıqdan istifadə etmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.