“İrəvan mətbəxindən nümunələr” layihəsində Göbələk kababı

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Göbələk kababının 

hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR:

§ Göbələk – 190 qr

§ Duz – 4 qr 

 

HAZIRLANMASI:

Hamımızın tanıdığı şampin- yon göbələyi yabanı halda Dilican, Dərələyəz, Göyçə yaylaqlarında çox bitirdi və iri olurdu (günəbaxan pətə- yi boyda). Göbələklər bir neçə yerə bölünür, duzlanır və şişə taxılıb bişi- rilir. Şampinyon göbələyi trufel gö- bələyi ilə əvəz oluna bilər.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.