“İrəvan mətbəxindən nümunələr” layihəsində Cacıq qovurması

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Cacıq qovurmasının

hazırlanma qaydasını təqdim edəcəyik.

 

 DÜSTUR:

§ Cacıq – 200 qr

§ Soğan – 25 qr

§ Yağ – 50 qr

§ Yumurta – 40 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Cacıq isti suda pörtlədilir. Aşsüzəndən suyu süzülür. Xırda doğranmış soğan yağda qovrulur. Cacıq soğanın üzərinə əlavə olunur və bişirilir. Hazır olduqda üzərinə yumurta əlavə olunur

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.